SciDocs

DokuBaku BSFF – Elmi Sənədli Filmlər Bölməsi

Elmi Spektrlə DokuBaku Beynəlxalq Sənədli Film Festivalının (BSFF) birgə layihəsi olan SciDocs, elmi sənədli filmlər bölməsi bu il 5-8 oktyabr tarixləri arasında festival çərçivəsində izləyicilərə müxtəlif elmi mövzularda bir-birindən maraqlı sənədli filmlər təqdim edəcək.  Filmlərin hamısı Azərbaycan və ingilis subtitləri ilə təqdim olunacaq. Film nümayişlərdən əlavə bölmənin çərçivəsinə iki elmi mühazirə də təşkil olunacaq. Tədbirlər haqda ətraflı məlumat üçün səhifəni oxumağa davam edin. Filmlərin nümayiş haqqlarını bizə təmənnasız verdiklərinə görə EyeSteel Filmsə (İşıq Olsun), Amka Filmsə (Gözəllik Hissi), Tim Grabhama və cinema iloobiaya (Sürünən Bağça), Evan Luchkowa (Böyük Şəhər), Temujin Dorana (Dağların Çəkisi), Benjamin Huguetə (Şua Pişiyi Həlli), Eva Zornioya (Güzgü Sistemi), Let It Ripple Film Studiyasına (Beyin Gücü: Neyronlardan Şəbəkələrə) dərin təşəkkürümüzü bildiririk.

SciDocs is a collaborative side-section of DokuBaku International Documentary Film Festival (IDFF) that will take place on October 4-9, 2018. The section is a result of collaboration between Elmi Spektr and DokuBaku IDFF and will present a rich selection of distinguished scientific documentaries. All films will be presented with English and Azeri subtitles. In addition to the film screenings, two public talks will be organized as a part of SciDocs. Scroll down for more details on the films and events. We would like to acknowledge generous support we received for organizing this section from EyeSteel Films (Let There Be Light), Amka Films (Sense of Beauty), Tim Grabham and cinema iloobiaya (The Creeping Garden), Evan Luchkow (The Big City), Temujin Doran (The Weight of Mountains), Benjamin Huguet (The Ray Cat Solution), Eva Zornioy (The Mirror System), Let It Ripple Film Studio (Brain Power: From Neuron to Networks).

scidocs.svg.png

Gözəllik Hissi (Il senso della bellezza)

Valerio Jalongo | İsveçrə, İtaliya | 2017 | 75 dəq | İngilis və italyan dillərində ingilis və azərbaycan dillərində subtitrlərlə

il-senso-della-bellezza-2.jpg

Bir mağaradan digərinə. İlk insanlar təbiətin mürəkkəbliyinə qarşı duyduqları heyranlıq hissini göstərmək üçün mağaralara rəsmlər çəkirdilər. Başqa bir mağarada, müasir bir mağarada, CERN-də (Avropa Nüvə Araşdırmaları Təşkilatında) eyni şey bu gün də təkrarlanmaqdadır:  kosmosun heyranlıqla araşdırılması ilə birgə, onu idarə etmək cəhdi. Valerio Jolangonun filmi əsrlər boyu şairləri, sənətçiləri və filosofları maraqlandıran böyük sualları ələ alır. Biz kimik? Haradan gəlirik? Hara gedirik? CERN-dəki alimlər maddənin təbiətini öyrənən və həyatın mənşəyini öyrənən aparatlar üzərindən bu suallara cavab verməyə çalışırlar. Onların arasında Tanrıya inanlar, yalnız fizikanın qanunlarına və riyazi tənliklərə inanlar var. Lakin hər birinin qəbul etdiyi bir şey var: maddənin və kosmosun ələkeçməz mənasını başa düşmək üçün altıncı hislərini inkişaf etdirməlidirlər: gözəllik hissini.

From one cave to another. In prehistoric times, human beings would leave paintings in caves to show their amazement and admiration for the complexity of the world. In another gigantic and modern den, the immense CERN laboratory, the same thing is happening today, a combination of enthralled exploration of the cosmos and an attempt to control it. Valerio Jalongo’s film tackles the big questions that have fascinated poets, artists and philosophers since the dawn of time. Who are we? Where do we come from? Where are we going? The scientists at CERN attempt to answer them through machines that explore matter and search for the origins of life. Of these men and women of science, some have faith in God, some believe only in the laws of physics and in mathematical formulae. But almost all recognize that, in order to understand the elusive nature of matter and the cosmos, they must cultivate their sixth sense: the sense of beauty.

Tarix: 5 oktyabr, 18:00-20:00

Məkan: ADO Teatrı

İşıq Olsun (Let There Be Light)

Mila Aung-Thwin | Kanada | 2017 | 80 dəq | İngilis dilində, Azərbaycan dilində subtitrlərlə

lettherebelight.jpg

“Məncə, saatda yüz kilometr sürətlə kərpic divara doğru gedirik və bu heç kəsin vecinə deyil.” Bu, dünyanı təmiz, təhlükəsiz və tükənməz enerji mənbəyi ilə təmin etmək tələbatının necə təcili olduğunu çatdırmaq istəyən bir alimin sözləridir. Hökümət başçıları iqlim razılaşmaları ilə bağlı çəkişir, elektrik maşınlar düşündüyümüzdən daha az təmiz çıxır və istehlak hələ də Qərb cəmiyyətinini aparan güc olaraq olaraq. Bu arada, Cadarache araşdırma və inkişaf mərkəzində işləyən beynəlxalq alim qrupu İTER-i (Beynəlxalq Termonüklear Təcrübə Reaktoru – ing. International Thermonuclear Experimental Reactor) tikməklə məşğuldurlar. İTER gələcəkdə nüvə birləşməsindən istifadə edərək böyük miqdarda enerji istehsal edəcək bir növü süni ulduz olacaq aparatdır. Nüvə birləşməsi kimi (nüvə parçalanması ilə qarışdırılmamalı olan) qəliz prosesi anlaşılan etmək üçün film bir sıra vasitədən istifadə edir: infoqrafika, arxiv görüntüləri, tarixi xülasə, animasiya və bu mövzuda çalışan bir sıra alimlə müsahibələr. Film İTER layihəsinə mümkün olan bütün bucaqlardan nəzər salır: elmi zəfər, son dərəcə çətin texnoloji problem, həmçinin, bahalı layihə və öz maraqları üçün çalışan ölkələrin yaratdığı təşkilati başağrısı.

“I think we are going a hundred miles an hour into a brick wall and nobody seems to be paying much attention.” This is how one scientist describes the urgent necessity of providing the world with a clean, safe and inexhaustible source of energy. Heads of state are bickering over climate agreements, electric cars are turning out to be less green than we thought, and consumption is still the engine powering Western society. Meanwhile, an international group of scientists at the Cadarache research and development center in the south of France are working on constructing the ITER (International Thermonuclear Experimental Reactor), a kind of artificial star that will eventually produce a lot of energy using nuclear fusion. To make the complicated process of nuclear fusion (not to be confused with nuclear fission) easier to understand, the makers of this attractively designed and extremely well-documented film make use of an effective range of tools: infographics, archive footage, historical overviews, animations and several interviews with enthusiastic scientists. Let There Be Light examines the ITER phenomenon from all possible angles: as a scientific triumph and a technological challenge, but also as a costly undertaking and organizational monstrosity in which each participating country tries to safeguard its own interests.

Tarix: 6 oktyabr, 19:30-21:30
Məkan: Burda Chill Zone

İşıq Olsun (Let There Be Light)

Sürünən Bağça (Creeping Garden)

Tim Grabham, Jasper Sharp | Birləşmiş Krallıq | 2014 | 81 dəq | İngilis dilində, Azərbaycan dilində subtirlərlə

creepinggarden.jpg

Məkan və zamanın böyüdüldüyü, intellektin yeni formada ortaya çıxdığı. ayağımızın altındakı dünyanı araşdıran, real elmi-fantastika filmi. Sürünən Bağça elmi kənarlarında çalışan alimləri, mikoloqları (göbələkləri öyrənən alimləri) və sənətçiləri, onların heyrətamiz selikli göbələklərlə əlaqəsini araşdırır. Selikli göbələklər biologiyadan ilhamlanmış dizayn üçün, yaranma nəzəriyyəsini (qeyd: yaranış nəzəriyyələri ilə səhv salınmamalı), qeyri-adi hesablamaları və robot kontrollerlərini hazırlamaq və öyrənmək üçün istifadə olunur ki, bu sahələrin çoxu elmi fantastikanın sərhəddində yerləşir. Lakin film bu orqanizmləri təkcə laboratoriyada deyil, təbiətə üz tutaraq, həm də təbii mühitlərində də göstərir.

A real life science fiction movie exploring a world creeping right beneath our feet, where time and space are magnified and intelligence redefined. The Creeping Garden is a documentary exploring the work of fringe scientists, mycologists and artists, and their relationship with the extraordinary plasmodial slime mould. The slime mould is being used to explore biological-inspired design, emergence theory, unconventional computing and robot controllers, much of which borders on the world of science fiction. But as well as exploring the slime mould in the lab, the film also travels out into the wild, hunting for the organisms in their natural habitat.

Tarix: 7 oktyabr, 18:30-20:30
Məkan: Burda Chill Zone

İşıq Olsun (Let There Be Light)

SciDocs Qısa Filmlər (SciDocs Shorts)

Tarix: 8 oktyabr, 18:30-20:30
Məkan: Burda Chill Zone

İşıq Olsun (Let There Be Light)

Güzgü Sistemi (The Mirror System)

Eva Zornio | İsveçrə | 2015 | 17 dəq | Fransız dilində İngilis və Azərbaycan dillərində subtirlərlə

LE-SYSTEME-MIROIR_image-2.jpg

Şəkillər yuxudan qaçır. Cavan rejissorun hər gecə gəzişdiyi neyronlardan ibarət meşə. Beyinlə kinonu, yaddaşla elmi təcrübələri bir araya gətirən yuxu. Neyroelmlə film arasında əmələ gələn əlaqələri anlamağa çalışır. İstər reallıqda, istərsə də ekranda gördüyümüz başqaları üçün empatiya hiss etməyimizə imkan yaradan güzgü sisteminə poetik səyahət.

Pictures escape from a dream. A curious forest made out of neurons where the young director wanders every night. A dream that brings together brain and cinema, memories and scientific experiments. She tries to understand the link which is being woven between Neuroscience and films. A poetic journey at the heart of the Mirror System, the mechanism by which we feel or not empathy for other, whether in the real world or on the screen.

Beyin Gücü: Neyrondan Şəbəkəyə (Brain Power: From Neuron to Networks)

Tiffany Shlain | ABŞ, Argentina, Avsraliya, Hindistan, İndoneziya, Ruanda, İspaniya, Birləşmiş Krallıq, Venesuela | 2012 | 11 dəq | İngilis dilində, Azərbaycan dilində subtirlərlə

brainpower.jpg

Beyin Gücü: Neyrondan Şəbəkəyə filmi Harvard Universiteti İnkişaf Etməkdə olan Uşaq Mərkəzi və Vaşinqton Universitetindəki İ-LABS-də aparılan yeni beyin araşdırmalarına əsaslanır. Film uşaq beyninin və internetin inkişafı arasındakı bənzərlikləri ələ alır və uşaqlarımızın və internetin qlobal beyinini inkişaf etdirmənin ən yaxşı yollarını müzakirə edir.

Brain Power: From Neuron to Networks’ is based on new brain research from Harvard University’s Center on the Developing Child and University of Washington’s I-LABS, the film explores the parallels between a child’s brain development and the way the Internet is developing, offering insights into the best ways to shape both our children’s brains and the global brain of the Internet.

Böyük Şəhər (The Big City)

Evan Luchkow | Kanada | 2017 | 7 dəq | İngilis dilində Azərbaycan dilində subtitrlərlə

bigcity.jpg

İnsan fəaliyyəti dünyadakı şəhərlərin əsasını təşkil edirmiş kimi görünsə də, daha yaxından baxsaq, şəhərin hər küncünü trilyonlarla mikroorqanizmlə paylaşdığımızı görərik. Vancouverin mərkəzinin mikroskopik incələməsi insan cəmiyyəti və təbiət arasındakı bulanıq sərhəddi ortaya çıxarır.

Human activity appears to dominate our planet’s urban spaces, but a closer look reveals that we share every corner of our busy cities with trillions of microorganisms. These microscopic investigations of downtown Vancouver reveal the blurry boundary between human society and the natural world.

Dağların Çəkisi (The Weight of Mountains)

Temujin Doran | Kanada, Islandiya | 2015 | 11 dəq | İngilis dilində Azərbaycan dilində subtitrlərlə

weightofmountains.jpg

Dağların yaranması və zamanla dağılması prosesi ilə bağlı qısa film. İslandiyada çəkilmiş film, britaniyalı coğrafiyaçı alim L. Dudley Stampın işlərinə əsaslanır.

This is a film about the processes by which mountains are created and eventually destroyed. It is based upon the work of British geographer L. Dudley Stamp, and was shot in Iceland.

Şüa Pişiyi Həlli (The Ray Cat Solution)

Benjamin Huguet | Birləşmiş Krallıq | 2015 | 14 dəq | İngilis dilində Azərbaycan dilində subtitrlərlə

raycat.jpeg

Zamanda səyahət edə bilən simvolu necə düzəltməli? Nüvə tullantıları min illər qala bilər amma daş, simvollar və dil bu müddət ərzində tanınmaz hala düşə bilər. 1981-ci ildə semioloqlar bu problemə həll yolu kimi, radiasiya altında rəngini dəyişən genetik olaraq dəyişdirilmiş pişiyi təklif etmişlər. Həll yolunun hekayəsi yayılmaqdadır, işin elm tərəfi də ona çata bilər…

How to create a symbol that travels through time? Nuclear waste lasts for millennia but stone, symbols and language can fade beyond recognition. In 1981 semiologists proposed the idea of a cat genetically engineered to change colour in the presence of radiation. The myth is taking hold, and science may follow…

Advertisements